Azərbaycanda hava qeyri-sabit keçəcək

Hazırda oxunan: Azərbaycanda hava qeyri-sabit keçəcək

Temperatur 4-7 dərəcə enəcək. Güclü külək əsəcək.

877

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuq artacaq, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Oktyabrın 20-i isə gün ərzində  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin  gecə və səhər bəzi  yerlərdə zəif duman, çiskinmüşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində  arabir 23-28 m/s-dək güclənəcək.  Abşeron yarımadasında gecə 15-17, gündüz  20-23, Bakıda isə gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.  Rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv leysan xarakteri alacağı  proqnozlaşdırlır. Gecə və səhər saatlarında  duman  olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki,  bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin