“Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühüm töhfələr verir” - ATƏT-in baş katibi 

Hazırda oxunan: “Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühüm töhfələr verir” - ATƏT-in baş katibi 

87634

“Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir”.

Bizim.Media-nın məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı ATƏT-in baş katibi Helqa Şmid deyib.

Onun sözlərinə görə, Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir.

"Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu səbəbdən Türkiyə bu plüralist dünya anlayışına ən uyğun ölkələrdən biridir.
Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir", - deyə H. Şmid əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin