Erməni politoloqdan ANONS: “Kərki və Qazaxın 7 kəndi geri qaytarılır”

Hazırda oxunan: Erməni politoloqdan ANONS: “Kərki və Qazaxın 7 kəndi geri qaytarılır”

87559

“Sosial şəbəkələrdəki yazıları oxuyuram və başa düşürəm ki, insanlar Laçın, Zabux və Susla vidalaşır. Düşünürlər ki, yalnız bu qəsəbələrlə vidalaşırlar. Əslində yox. İndiki davranışımızla Naxçıvanın Kərki və Qazax rayonunun bir sıra əraziləri ilə də vidalaşırıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Qrant Melik-Şahnazaryan yazıb.

Onun sözlərinə görə, Laçın və Zabux düşmənə bu gün təslim olmur:

“Onlar 2020-ci il dekabrın 1-də Ermənistanın kapitulyasiya aktı ilə təhvil verilib. Bu yaşayış məntəqələrində soydaşlarımızın yaşamasına icazə verilməsi hələ heç nə demək deyil. Onların təhlükəsizliyinin təminatçısı kimdir? Ermənistan ordusu? Əlbəttə yox. Onda biz nədən danışırıq?”.
O, ağrılı sətirlər yazdığını etiraf edib:

“Ancaq bu haqda danışmaq lazımdır. Bizim ictimaiyyət həmişə real siyasi proseslərdən bir neçə addım geridə saxlanılır. Laçınla vidalaşarkən gündəmdə digər yaşayış məntəqələrinin məsələsi müzakirə olunur. Və indi Kərki və Qazaxın 7 kəndi uğrunda mübarizə aparmaq vaxtıdır. Mübarizənin yeri məlumdur: İrəvan, Respublika meydanı.

Daha necə izah edək ki, bütün itkilərimizin səbəbi Nikol hakimiyyətidir”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin