Səlim Müslümovun həbs qoyulan əmlakları – SİYAHI 

Hazırda oxunan: Səlim Müslümovun həbs qoyulan əmlakları – SİYAHI 

87552

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib.

Daha sonra S.Müslümovun vəkilləri - Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər:
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümovun əmlaklarının üzərinə həbs qoyulub - ÖZƏL 


“Vəsatət Səlim Müslümovun pedaqoji fəaliyyəti və cinayət işində kommersiya sirri ilə əlaqəlidir”.

S.Müslümov da vəkillərin vəsatətini dəstəkləyib. Vəsatət təmin olunmayıb. Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.

Səlim Müslümova məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.

S.Müslümova məxsus əmlaklar bunlardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov pr. ev 13v, mənzil 38 

2. Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti 7a, mənzil 3 

3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 

4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108 

5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71 

6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51 

7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kvadratmetr torpaq sahələri 

8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kvadratmetr olan qeyri yaşayış sahəsi. 

Qeyd edək ki, səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin