Qubada ata oğlunu ürəyindən bıçaqlayaraq öldürdü - MƏHKƏMƏ 

Hazırda oxunan: Qubada ata oğlunu ürəyindən bıçaqlayaraq öldürdü - MƏHKƏMƏ 

87529

Quba rayonunda oğlunu qətlə yetirməkdə ittiham olunan Nüsrət Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesi başlayacaq.

İttihama görə, hadisə bu il mayın 2-də baş verib.

Quba rayonu ərazisində 35 yaşlı Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, Sərrəf Vahabovla atası, 65 yaşlı Nüsrət Vahabovun arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı ata oğluna ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Nüsrət Vahabovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin