“Zabux erməniləri” Rusiyanı dost ölkə hesab etmirlər – İndi də ABŞ və Fransaya yalvarırlar

Hazırda oxunan: “Zabux erməniləri” Rusiyanı dost ölkə hesab etmirlər – İndi də ABŞ və Fransaya yalvarırlar

87507

Azərbaycanın Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan bir qrup erməni “tarixə qovuşan” Minsk Qrupunda Ermənistana dost olan ölkələrin  (ABŞ və Fransa) həmsədrlərinə (Rusiya görünür, dost siyahısından çıxarılıb – red.) müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ermənistan Teleqram kanallarında yer alıb.

Ermənilərin fikrincə, Zabux kəndi Laçın şəhərindən yan keçən yeni alternativ yoldan cəmi 1200 metr aralıda yerləşdiyindən o ərazini “dəhliz zonası”na daxil etmək olar.
 

MÖVZU İLƏ BAĞLI:

Zabuxdan köçməyə hazırlaşan ermənilər əşyalarını yandırırlar - VİDEO


Qeyd edək ki, yeni yolun Azərbaycana aid olan hissəsi hazır olduğundan ermənilər avqustun 25-dək Laçın şəhərini, o cümlədən Zabux və Sus kəndlərini tərk etməlidirlər.

Xatırladaq ki, işğal dövründə Yaxın Şərqdən olan bir neçə yüz nəfər erməni qanunsuz olaraq Zabux kəndinə köçürülüb. Erməni diasporunun ianələri hesabına tikilmiş evlərdə hazırda 200-ə yaxın erməni yaşayır.

Onlar son vaxtlaradək kəndi tərk etmək istəməyiblər, lakin Azərbaycan ordusunun “Qisas” əməliyyatından sonra başqa variantın olmadığını anlayıblar. Xankəndindəki separatçı rejimin rəhbərliyi Zabux kənd “başçısı”na ərazidən çıxmaq üçün Azərbaycan tərəfinin ultimatumunu təqdim edib.

Yeri gəlmişkən, özlərini Zabux sakinləri adlandıranların tələbinin özü qanunsuzdur, çünki işğaldan əvvəl nə Laçında, nə də Zabuxda erməni yaşayıb. İşğal illərində ən ağır hərbi cinayətlər törədən Ermənistan laçınlıları yaşayış yerlərindən didərgin salıb.
Sonrakı illərdə də Ermənistan hərbi cinayətlər törətməkdə davam edib, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Laçın rayonunda qanunsuz yaşayış məskənləri salıb.

Qeyri-qanuni məskunlaşmaların yaradılması siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasına əsasən, işğalçı ölkə öz mülki əhalisini işğal olunmuş ərazilərə köçürməməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin