Frankfurt hava limanında “Allahu Əkbər” sədaları həyəcana səbəb olub

Hazırda oxunan: Frankfurt hava limanında “Allahu Əkbər” sədaları həyəcana səbəb olub

8746

Almaniyanın Frankfurt hava limanında həyəcana səbəb olan hadisənin və sərnişinlərin təcili olaraq terminaldan çıxarılmasının təfərrüatları ortaya çıxıb.

38 yaşlı sloveniyalı şəxs "Hamınızı öldürəcəyəm, Allahu Əkbər" deyə qışqırmaqla hava limanında həyəcana səbəb olub. 

Xatırladaq ki, Almaniyanın Frankfurt hava limanında şənbə günü xaos yaşanmış və hava limanından verilən açıqlamada terminalın və qatar stansiyasının “polis əməliyyatı səbəbiylə” bağlandığı ifadə edilmişdi. 

Bu gün Alman Federal Polisi tərəfindən verilən açıqlamada, terminalların birində baş verən hadisədə "Hamınızı öldürəcəyəm, Allahu Əkbər" deyə bağıran 38 yaşındakı Sloveniya vətəndaşının həyəcanlı vəziyyətin səbəbkarı olduğu ifadə edilib.

Açıqlamada polislərin maska ​​taxmayan bir şəxsə yaxınlaşdıqları, daha sonra Slovenya vətəndaşı olduğu müəyyən edilən həmin şəxsin təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiyi və "Allahu Əkbər, hamınızı öldürəcəyəm "deyə qışqırdığı qeyd olunur.

Sloveniyalı şübhəlinin dindirilməsi davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin