Aşura günündə Kərbəlada şəhid olan 10 azərbaycanlı kim idi? – TARİXİ FAKT - VİDEO

Hazırda oxunan: Aşura günündə Kərbəlada şəhid olan 10 azərbaycanlı kim idi? – TARİXİ FAKT - VİDEO

87442

Miladi tarixi ilə 10 oktyabr 680-ci ildə baş vermiş Kərbəla müsibəti daha çox dini hadisə olaraq görünsə də, əslində bu olay həm siyasi, həm tarixi, həm də insanlıq baxımından önəmli bir olaydır.

Həzrət Hüseyn(s.a) qarşılığında hər nə olursa -olsun, hər zaman doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırıb.

Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla tarix boyunca bir çox insan Həzrət Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə örnək götürüblər.
Məsələn, Mahatma Qandi belə deyib:

“Mən, Hüseyndən məzlum olduğu halda necə qalib gəlməyi öyrəndim”.

Kərbəla hadisələrini Azərbaycanda kimlər təbliğ və təşviq edib?!

Kərbəla olayının Azərbaycan ədəbiyyatına da böyük təsiri var. Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Hüseyn Cavid daxil olmaqla bir çox Azərbaycan şairi bu hadisəyə dair çoxlu sayda şeirlər həsr ediblər. Hətta, Azərbaycan türklərinin ən önəmli yazılı əsərlərindən olan Kitabi-Dədə Qorqudda da Kərbəla hadisəsi haqqında yazılıb. 

Məhəmməd Əmin Rəsulzadə Kərbəla müsibəti haqqında nə deyib?

Lakin Kərbəla sadəcə üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin.

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 14 Noyabr 1914-cü ildə "İqbal" qəzetində çap olunmuş məqaləsində bu barədə belə yazır: “Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik.

Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql!
Halbuki, bu kimi ictimai və siyasi vəqeələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir.

Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qisim bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal, Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir”.   

Rəsulzadə çox gözəl vurğulayır ki, qəmginliklə hadisəni yad etməkdən daha önəmli məsələ, Kərbəlanın nə olduğunu anlamağımızdır. 

Ən nəhayət, bəziləri deyir ki, “iki ərəb vəzifə üstündə bir-birini qırıb, bizə nə(?!)”.

Bu təfəkkürdə olanlara tarixi bir həqiqəti çatdırmaq istəyirik. Kərbəla olayında imam Hüseynə(s.a.) sona qədər sadiq qalan və onun ideyası yolunda ölümə gedən 72 şəhiddən 10 azərbaycanlı idi.
Məhərrəm ayının sonuncu Aşura günündə şəhid olmuş 10 azərbaycanlının adlarını təqdim edir və Allahdan onlara rəhmət diləyirik: 

1. Şəvzəb ibn Abdullah Əl-Həmədani 

2. Bərir ibn Əsən Əl-Həmədani

3. Süvar ibn Münim Əl-Həmədani

4. Həbəş ibn Qeys Əl –Həmədani Ən-Ninəmi

5. Hənzələ ibn Əsəd Əl-Həmədani Əş –Şivami

6. Vadih Əl-Türki

7. Əsləm əs-Azəri (Qulami-Türki)

8. Ziyad Əbu-Əmrətil Həmadani 

9. Müslim Əl- Azərbaycani

10.  Məhdum ibn-Müslim Əl-Azərbaycani

Daha ətraflı aşağıdakı videoda:
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin