Məscid tikintisində Bakı-Şirvan memarlığına üstünlük verilməlidir- Hacı Şahin

Hazırda oxunan: Məscid tikintisində Bakı-Şirvan memarlığına üstünlük verilməlidir- Hacı Şahin

874

“Məscid tikilincə, kor əsasını dirədi”, söhbəti olmasın, işğaldan azad olunmuş ərazilərdə tezliklə mədəni və dini abidələrimizin bərpasına başlanılacaq. Xüsusi ilə də işğaldan azad olunan Füzuli çox zəngin dini keçmişi olan bölgədir. Rayon qədim İpək Yolu üzərində yerləşdiyindən burada demək olar ki, hər kənddə məscid və karvansaraylar olub. Azadlığına qovuşan Füzulinin tezliklə yenidən qurulmasına başlanılacaq. Bu barədə artıq aidiyyəti idarələr sorğularla müraciət edib və planlar hazırlanır. Bu sırada dini ocaqlar və məscidlər də bərpa olunacaq. Azərbaycanın özünə məxsus abidə-məscid memarlıq üsulu və irsi var. Tövsiyə olunur ki, məscid inşa edilən zaman dini dəyərlərimizin ağırlığına və samballılığına xələl gətirilməsin.

Qafqaz Müsəlmanları İdarəsinin ilahiyyatçı alimi Hacı Şahin Həsənli  Bizim. Media-ya açıqlamasında bildirib ki, işğaldan azad olunmuş rayonlarımızda məscidlər bərpa edilərkən Bakı-Şirvan memarlıq nümunəsinə uyğun inşa olunmalıdır:

“Həmin coğrafiyada yerləşən məscidlərin görünüşü keçmişdə də bu memarlığa uyğun olub. Məqbuldur ki, bu memarlıq qorunub saxlansın”.

Bir çox məscidlər var ki, həddən artıq təmtəraqlı, bərli-bəzəkli inşa edilir, bu nəylə bağlıdır, məzhəb və ya təriqətin burada rolu varmı, sualımıza ilahiyyatçı alim cavab verdi ki, bu, doğru deyil:

“Qədimdən Azərbaycan məscidləri arasında quruluş baxımdan heç bir fərq olmayıb. Sadəcə, tikilən hər bir məscid səliqəli olmalıdır. Həddindən artıq zinətlənmə Allahın evinə uyğun deyil. Məscid sadə və əzəmətli görünüşü ilə seçilməlidir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin