Britaniya kəşfiyyatı Ukraynada 10 rus generalının məhv edildiyini açıqladı

Hazırda oxunan: Britaniya kəşfiyyatı Ukraynada 10 rus generalının məhv edildiyini açıqladı

87382

Müharibə başlayandan bəri Ukrayna ordusu ən azı 10 rus generalını məhv edib. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları 6 rus komandirinin işdən  çıxarılmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də yazıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər. General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib.

Digər rus generalı A. V. Dvornikov Ukraynadakı əməliyyata komandanlıq etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb, Cənub Qüvvələr Qrupunun komandanlığı isə general G. V. Jidkadan alınaraq general Sergey Surovikinə verilib.

Qeyd olunur ki, bu işdən çıxarılmaların ehtimalını Ukraynadakı müharibədə 10 rus generalının həlak olması faktı daha da artırır. Bu isə nəticədə Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin