“Laçın dəhlizindən yan keçən yeni marşrutun Kiçik Qaladərəsi, Böyük Qaladərəsi, Qayğı və digər kəndlərdən keçərək Zəngəzura çatan yolun Azərbaycana aid olan hissəsi artıq hazırdır. Yolun Ermənistan sərhədindən Kornidzor kəndinədək olan 11 kilometrlik hissəsi hələ hazır deyil”.
Bizim.Media xəbər verir ki, bu fikri qondarma rejimin “ərazi idarəetmə və infrastrukturlar naziri” Ayk Xanumyan mətbuata müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, avqustun 1-də Ermənistanda tender təşkil olunub, onun nəticələrinə görə üç şirkət yolun bir hissəsinin tikintisinə başlayıb:
“Biz yeni magistral yolu 3-4 km köhnə asfaltsız yolla birləşdirməyə və bununla da yol çəkilənədək problemin müvəqqəti həllini tapmağa çalışacağıq”.
Onun iddiasına görə, yolun 5 kilometrlik hissəsi tamamilə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olacaq:
“Beləliklə, Laçın dəhlizində olduğu kimi, burada da nə Azərbaycan qoşunları, nə də digər xidmətlər olacaq”.
Azərbaycan ərazilərdən keçən infrastrukturların təhlükəsizliyi məsələsinə toxunan qondarma “nazir” qeyd edib ki, düşmən “Arsax”ın infrastrukturlarına, yaşayış məntəqələrinə və yollarına kifayət qədər yaxındır, ona görə də hər zaman təcavüz qorxusu var.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı qüvvələri vasitəsilə Azərbaycan alternativ yolun öz hissəsini çəkdiyini bildirib və avqustun 25-dək Laçın dəhlizinin boşaldılmasını tələb edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:19 / 07.08.2022
Ermənilərin İDDİASI: “Laçından yan keçən yeni yola sülhməramlılar nəzarət edəcək”
Hazırda oxunan: Ermənilərin İDDİASI: “Laçından yan keçən yeni yola sülhməramlılar nəzarət edəcək”
Hazırda oxunan: Ermənilərin İDDİASI: “Laçından yan keçən yeni yola sülhməramlılar nəzarət edəcək”
87379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.