Kosovo hakimiyyəti ermənipərəst rusiyalı jurnalisti azadlığa buraxdı

Hazırda oxunan: Kosovo hakimiyyəti ermənipərəst rusiyalı jurnalisti azadlığa buraxdı

87366

Kosovo hakimiyyəti ermənipərəst rusiyalı jurnalist Darya Aslamovanı azadlığa buraxıb.

Bizim.Media xəbər verir ki, “Komsomolskaya Pravda”nın jurnalisti Darya Aslamova media ilə əlaqə saxlayaraq Serbiya-Kosovo sərhədində yerləşən Raşka şəhərində olduğunu bildirib.

MÖVZU İLƏ BAĞLI:

Kosovoda rusiyalı jurnalist saxlanıldı – CASUSLUQ EDİB


Nəşr yazır ki, avqustun 7-nə keçən gecə Kosovo hakimiyyəti onu saxladıqdan sonra sərbəst buraxıb, bundan sonra o, avtobusla müstəqil şəkildə sərhədə gedib.

“Səhər saat dörddə sərhədə çatdım. Serb sərhədçiləri də məni dindirdilər. Deportasiya haqda qeydlərin niyə olmadığını soruşdular”, - deyə Aslamova bildirib.

Xatırladaq ki, Darya Aslamova dəfələrlə Qarabağa gəlib və Azərbaycanın əleyhinə reportajlar hazırlayıb.

Jurnalist ötən ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində yerləşən Şurnuxu kəndinə baş çəkəndə “Azərbaycana xoş gəlmisiniz!” plakatını görüb və onu aparan sürücüyə “Biz artıq Azərbaycandayıq?” sualını verib. O isə “Deyəsən yolumuzun bir hissəsi Azərbaycan ərazisindən keçir” deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin