“Ordumuzun Xankəndinə qarşı mümkün əməliyyatlarında bu yüksəkliklər əhəmiyyət daşıyacaq” - Hərbi ekspert

Hazırda oxunan: “Ordumuzun Xankəndinə qarşı mümkün əməliyyatlarında bu yüksəkliklər əhəmiyyət daşıyacaq” - Hərbi ekspert

87355

“Avqustun 3-də azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin gələcəkdə mümkün təxribatların qarşısının alınmasında və erməni silahlılarının Qarabağı tərk etməyəcəyi təqdirdə, “Qisas” əməliyyatının sonrakı mərhələlərində istifadə olunacağı heç bir şübhə doğurmur”.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında danışıb. 

Onun sözlərinə görə, həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi Laçın rayonu ərazisinə və həmin ərazidən keçən Laçın dəhlizinə vizual və atəş nəzarəti imkanlarımızı kifayət qədər gücləndirir.

“Digər tərəfdən isə azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan yaradır.

Başqa tərəfdən isə Ermənistanın gələcəkdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, ordumuzun Xankəndinə qarşı da mümkün əməliyyatların aparılmasında məlum yüksəkliklər mühüm əhəmiyyət daşıyacaq”, - deyə ekspert əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin