Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
E.Hüseynov qeyd edib ki, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.
O, Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayaraq, Qarabağ iqtisadi rayonunda müxtəlif sahələr üzrə yaradılacaq iş yerlərinin statistikasını təqdim edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:39 / 06.08.2022
Qarabağ iqtisadi rayonunda bərpa 4 il davam edəcək - İLK MƏRHƏLƏ
Hazırda oxunan: Qarabağ iqtisadi rayonunda bərpa 4 il davam edəcək - İLK MƏRHƏLƏ
Hazırda oxunan: Qarabağ iqtisadi rayonunda bərpa 4 il davam edəcək - İLK MƏRHƏLƏ
87323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.