Hirkan Milli Parkının Astara rayonu ərazisində, yüksək dağlıq sahədə baş vermiş yanğın lokallaşdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
MÖVZU İLƏ BAĞLI:
ETSN: "Yanğın yüksək dağlıq ərazidə olduğundan texnikanın cəlb edilməsində çətinliklər yaranıb"
"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub".
Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bizim.Media