Ərdoğan-Putin görüşündə hansı məsələlər masada qaldı? - Türk politoloqdan ÖZƏL  

Hazırda oxunan: Ərdoğan-Putin görüşündə hansı məsələlər masada qaldı? - Türk politoloqdan ÖZƏL  

87294

Türkiyəli politoloq Hasan Oktay Türkiyə-Rusiya liderlərinin Soçi görüşünün yaradacağı yeni reallıqlarla bağlı Bizim.Media-nın suallarını cavablandırıb.

- Liderlərin görüşünün əsas müzakirə obyektlərindən biri də məhz Avropanın qaz təminatı ilə bağlı idi. Sizcə Türkiyə Rusiya qazını Avropaya çıxara biləcəkmi?

- Soçidə keçirilən Ərdoğan- utin görüşü bütün dünyanın diqqətini çəkdiyi üçün çoxşaxəli idi. İki lider dünya tarixində ən çox görüşən liderlər siyahısında bəlkə də, birinci yerdədir. Buna baxmayaraq, Soçi görüşündə tərəflərin gözləntilərinin tamamlandığını söyləmək olmaz. Çünki Rusiya-Ukrayna böhranı hər keçən gün çıxılmaz hala gəldikcə, bu vəziyyət istər-istəməz beynəlxalq münasibətlərə də yansıyır.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın Türkiyəyə ehtiyacı artır” – Ərdoğan-Putin görüşünün ŞƏRHİ  


Ukrayna böhranı təkcə Rusiya ilə Ukrayna arasında deyil, qərb dünyası ilə Rusiya arasında da böhrana çevrilib. Qərb Rusiyaya qarşı embarqo tətbiq etdi. Rusiya enerji resurslarından Qərbə silah kimi istifadə etməyə başladı.

Bu mənada Türkiyə Rusiya üçün can damarıdır. Türkiyə NATO ölkəsi olduğu üçün qərb bloqundadır və Rusiya ilə çox yaxşı münasibətləri var. Rusiya bu vəziyyəti fürsətə çevirmək və bu vəziyyətdən ən yüksək səviyyədə yararlanmaq istəsə də, hadisələr gözlənildiyi kimi deyil.

Təbii qazın Türkiyə üzərindən Avropaya ixracı həm Türkiyənin, həm də Rusiyanın çox arzuladığı bir hadisədir. Ukrayna böhranı səbəbindən Avropa Rusiya, eləcə də Rusiya-Türkiyə münasibətlərinə yaxşı baxmadığından, buradan bir nəticə əldə etməsi mümkün deyil. Avropa qaz ehtiyacını müxtəlif yollarla ödəməyə çalışır.

Rusiya Ukrayna böhranı bitməmiş Türkiyə vasitəsilə Avropaya açılmaq istəyir, amma Türkiyə Ukrayna böhranının bir an əvvəl sülhlə yekunlaşmasını arzu edir. Rusiya ilə Türkiyə arasında ən mühüm münaqişə məsələlərindən biri də budur.

Baxmayaraq ki, Rusiyanın Türkiyə ilə yaxşı münasibətləri var, lakin son vaxtlar Rusiyanın yüksək səviyyəli rəsmiləri tərəfindən tez-tez dilə gətirilən sovet ideologiyası baxımından Türkiyə NATO ölkəsidir.

Ona görə də Rusiya köhnə xəstəlikli fikirlərin səbəbindən Türkiyəni dərk etməkdə çətinlik çəkir. Türkiyə NATO ölkəsi olsa da, İsveç və Finlandiya nümunələrində göründüyü kimi, NATO-ya “yox” deyə biləcək mövqe sərgiləyə bilir.
Rusiya sırf bu vəziyyətə görə, Soçidə Türkiyənin bütün istəklərini yerinə yetirirsə, Türkiyənin səylərinin əvəzini verə bilməz. Ancaq Rusiyanın Soçidə Türkiyənin irəli sürdüyü bütün arqumentlərə qulaq asmadığı ortadadır.

- Liderlərin görüşündən sonra ümumi anlamda Türkiyənin qazancı və Rusiyanın itirdikləri nə ola bilər?

- Türkiyə NATO ölkəsi olaraq Rusiya ilə bu qədər açıq və aydın münasibət qurarsa, bunun müsbət və mənfi nəticələri olacaq. Mənfi nəticənin hər iki blok tərəfindən şübhəli və etibarsız sayılacağı ehtimalı var.

Lakin Türkiyə vasitəçilik rolunu sona qədər davam etdirəcək. Türkiyə hər şeyə baxmayaraq, xoşməramlı rəftarı ilə bu prosesi ən az zərərlə keçə bilər. Amma Türkiyənin bütün xoş niyyətinə baxmayaraq Rusiya Ukraynada məğlubiyyətlə çıxsa, qorxuram ki, Rusiyada böyük hakimiyyət dəyişikliyi olacaq. Amerika həyata keçirdiyi Çin siyasətinə görə, Rusiya ilə barışmaq istəyə bilər, amma bu baş verməsə, Rusiyaya qarşı daha böyük sanksiyalar olacaq. Rusiya qısa zamanda bu sanksiyaların mənfi təsirini hiss edəcək.

- Avropada yarana biləcək taxıl böhranının qarşısını aldıqdan sonra Türkiyə Avropada yaranan daha hansı real böhranları həll etmək iqtidarında ola bilər?

- Taxıl səbəbindən yaranacaq böhran üçüncü dünya ölkələrinə böyük mənfi təsir göstərib ki, bu da kütləvi immiqrasiya ilə nəticələnə bilər. Avropa bundan mənfi təsirlənəcəyi üçün Rusiya bir neçə gün sonra bu prosesdən silah kimi istifadə etmək istəyə bilər. Çünki Ukrayna taxılını ixrac edəndə təxminən 10 milyard dollar qazanmış olacaq.

Bundan əlavə, boş taxıl siloslarının yeri yeni məhsulla doldurulacaq və bununla da, Ukrayna iqtisadiyyatı öz daxilində fəaliyyət göstərmiş olacaq. Rusiya bu prosesi yaxından izlədiyi üçün Ukraynaya iqtisadi cəhətdən zərbə vurmaq istəyir və bunun üçün taxıl daşınmalarında zamanla kəsilmə ola bilər.

Əgər taxıl məsələsi ilə bağlı təhlilə gedən gəmilərin yaxın günlərdə Ukrayna limanlarına boş gəlməsi və Ukraynaya silah aparması xəbəri təxribat kimi yayılarsa, Rusiya taxıl daşınmaları məsələsinə müdaxilə edə bilər. Bundan əlavə, Ukrayna Qara dəniz bölgəsini əvvəldən mina ilə örtdüyü üçün orada gəmilər hərəkət edə bilmirdi.

Bu səbəbdən indi müəyyən boşluq yaranıb və o, Rusiya donanmasının quruya çıxma imkanını daim düşündüyü üçün yenidən dənizləri minalaya bilər.

17 gün əvvəl Tehranda keçirilən sammitin nəticəsi olaraq, Soçi görüşünün baş tutması da Tehran sammitindəki neqativlərin aradan qaldırılması üçün bir fürsət kimi qiymətləndirilib. Çünki Türkiyə bu sammitə gedərkən Suriyada terror təşkilatlarına qarşı əməliyyat keçirmək məsələsini müzakirə etmək istəyirdi.
Ancaq zirvədə Türkiyəyə qarşı istədiyi əməliyyatı izləməməsi, terror təşkilatlarına neytral münasibətlərin göstəriləcəyini açıqlaması Türkiyə ilə ABŞ-ı Suriyada qarşıdurmaya gətirə bilər. Türkiyənin Suriyada əməliyyat keçirmək üçün heç bir dövlətdən icazə almasına ehtiyac yoxdur. Çünki “Adana” müqaviləsi Türkiyəyə Suriyada istənilən növ əməliyyat keçirməyə imkan verir.

Bundan başqa, Rusiyanın Suriyadakı mövqeyi ilə Ukraynadakı mövqeyi arasında ziddiyyətli münasibət Türkiyənin Suriyadakı əməliyyatı üçün psixoloji zəmin hazırlayıb. Türkiyə İran və Rusiyaya bəraət qazandırdığı üçün növbəti dövrdə Suriyada əməliyyat keçirmək üçün nə İran, nə Rusiya, nə də ABŞ-ın icazəsinə ehtiyac yoxdur. Dağlıq Qarabağda baş verən son hadisələrə gəlincə, bu həm Türkiyə, həm də Rusiya tərəfindən diqqətlə izlənilən bir prosesdir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin