Qazaxıstan XİN: "Azərbaycan səfirliyinə hücum yolverilməzdir"

Hazırda oxunan: Qazaxıstan XİN: "Azərbaycan səfirliyinə hücum yolverilməzdir"

87221

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik.
 

MÖVZU İLƏ BAĞLI:

Özbəkistan Azərbaycan səfirliyinə hücumu PİSLƏDİ


Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir. Bu, hadisə təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin