“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib.
"Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib.
Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.
Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 05.08.2022
Aksiya keçirən şəxs müharibə iştirakçısı deyil - Nazirlikdən AÇIQLAMA
Hazırda oxunan: Aksiya keçirən şəxs müharibə iştirakçısı deyil - Nazirlikdən AÇIQLAMA
Hazırda oxunan: Aksiya keçirən şəxs müharibə iştirakçısı deyil - Nazirlikdən AÇIQLAMA
87178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.