Dindarların döymə etdirməsi doğrudurmu? – İlahiyyatçıdan CAVAB 

Hazırda oxunan: Dindarların döymə etdirməsi doğrudurmu? – İlahiyyatçıdan CAVAB 

87150

Son vaxtlar dindarlar arasında tatu, döymə və nakolka etdirənlərin sayı artıb. Hətta bəziləri bu döymələrlə inancını yazı və bəzək şəklində nümayiş etdirir.   

Məlumat üçün İslam dinində nakolka vurmaq və vurdurmağa pis baxılır. Tatu və nakolkanın caiz olmaması ilə bağlı Peyğəmbər hədisi də var. 

“Peyğəmbər faiz yeyəni (alanı), yedirdəni (verəni), ona şahidlik edənləri, onu yazıb qeyd edəni, döymə döyəni, qəşəngləşmək üçün döymə döydürəni, sədəqəyə mane olanı, xullə edəni və xullə etdirmək istəyəni lənətləyib”.

Bəs bunun günahı varmı?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bildirib. O, deyib ki, tatu və ya döymə etməyin heç bir problemi yoxdur:
 

“Sadəcə ömürlük bədəndə qalan olmamalıdır. Çünki Allahın yaratdığına müdaxilə hesab olunur. Bəzi din alimlərinə görə dəstəmaz alarkən, qüsl edərkən dəriyə suyun tam keçməsinin qarşısını alarsa haramdır.


Ən əsası isə bəzək xarakterli tatuaj bu şərtlə olar ki, suyun bədənə keçməsinə mane olmasın və çəkilən şəkil adam, heyvan şəkilləri, tərbiyədən və əxlaqdan kənar rəsmlər olmasın. Tatu etdirmək ümumiyyətlə dini inanclı adamlar üçün məsləhətli hesab edilmir. Hansısa zərurət yaranarsa etmək olar. Bəzən küçələrdə qollarında, boyunlarında Həzrət Əlinin qılıncının rəsmi çəkilmiş, dini şüarlar yazılmış adamlar görürük. Bu, doğru deyil. Lakin qadınlar üçün etmək daha uyğundur. Çünki qadının zinəti qismindədir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin