"Bakının özünü götürsək, paytaxtda tullantıların emalı ilə bağlı zavod var. İnanıram ki, gələcəkdə belə zavodlar digər şəhərlərdə də olacaq".
Bizim.Media ilə söhbəti zamanı bu sözləri dilə gətirən iqtisadçı-alim Emin Qəribli "yaşıl şəhər" ola biləcək digər yerlərin də adını açıqladı:
MÖVZU İLƏ BAĞLI:
Şuşanın topoqrafik xəritəsi hazırlanır
"Yaşıl şəhər ola biləcək rayonlar arasında Şəki, Qəbələ, Gəncə və Lənkəran, Göygölü də qeyd etmək olar. Yaxın zamanda Şuşa və Füzulini də yaşıl şəhər kimi layihələndirmək olar. Çünki bəzi şirkətlər ofislərini ekoloji cəhətdən təmiz olan həmin həmin ərazilərdə açacaq. Bununla da Qarabağ regionuna investisiya axını yaranacaq".
Emin Qəriblinin fikrincə, rayon əhalisi 100 mindən çox olan, həm də şimal hissəsinin təbiəti gözəl Füzuli "yaşıl şəhər" kimi qurulmaq üçün ən ideal yerlərdən biridir:
"Gələcəyin şəhərini qurmaq üçün müvafiq islahatlar aparılmalıdır. Bunun üçün sənaye tullantıları az olan, turizm və idman kopleksləri çox olan şəhərlər daha uyğundur. Əslində Bakı da yaşıl şəhər ola bilər, böyük şəhərdir, əhalisi 2 milyondan artıqdır. Yaşıl şəhərə namizədlər arasında Quba, Qusarı da unutmaq olmaz. Qubadlı və Kəlbəcəri də deməliyəm. Bu iki rayonda enerji resursları çoxdur və enerji kimi də istifadə olunacaq".
Avropa İttifaqına da inteqrasiya edirik və gələcəkdə bu göstəricilərə görə, gələcəkdə "Avropanın yaşıl paytaxtı" tituluna sahib ola bilərik.
"Amma şəhərlərlə bağlı digər böyük təsisatların da reytinqləri mövcuddur və Azərbaycanın bir çox şəhəri bu meyarlara görə qalib gələ bilər. Bu qələbə isə, həmin şəhərlərə həm də sərmayənin cəlb olunmağıdır. 4-5 şəhəri bu cür layihələndirə bilsək, dünyanın bir növ ofisinə çevrilə bilərik",- deyə Emin Qəribli fikrini tamamladı.
Qeyd edək ki, Finlandiyanın Lahti şəhəri bu il Avropanın “Yaşıl paytaxtı” elan olunub. Şəhər dairəvi iqtisadiyyat yaratmağa müvəffəq olduğu üçün bu ada layiq görülüb. Avropa Komissiyası “Avropanın Yaşıl paytaxtı” titulunu 2008-ci ildən müəyyən kriteriyalar çərçivəsində 100 mindən çox əhalisi olan şəhərlərə verir.
Anar Rəhimov, Bizim.Media