Laçında həlak olan əsgərlə bağlı YENİ MƏLUMAT  

Hazırda oxunan: Laçında həlak olan əsgərlə bağlı YENİ MƏLUMAT  

87135

Laçında bu gün qaya uçması nəticəsində həlak olan Azərbaycan Ordusunun əsgəri - 18.07.2003-cü il təvəllüdlü Samir Səməd oğlu Xudiyev Fizuli rayonundandır. 

Bizim.Media xəbər verir ki, o, 2021-ci il iyul ayının 20-də hərbi xidmətə gedib. 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun əsgəri vəfat edib


Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin