Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA
“Azərbaycanın London səfirliyinə radikal dini qrup tərəfindən edilən vəhşi və qəbuledilməz hücumu pisləyirik. Bu insanlıqdan kənar hərəkətin əhatəli şəkildə araşdırılmasına çağırırıq”, - TDT-dən bildirilib.
Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Bizim.Media