Fəxrəddin Manafov yaralı əsgərin görüşünə niyə gəlməyib? - Əsgərlik yoldaşı DANIŞIR

Hazırda oxunan: Fəxrəddin Manafov yaralı əsgərin görüşünə niyə gəlməyib? - Əsgərlik yoldaşı DANIŞIR

87120

Avqust ayının 2-də Fəxrəddin Manafovun əsgərlik yoldaşı Cianşah Ömərovun böyük aktyor haqqında danışdığı bəzi xatirələrini dərc etmişdik. Həmin gün Milli Kino Günü və Fəxrəddin Manafovun doğum tarixi olduğu üçün əsgərlik dostunun gileyini çatdırmamışdıq.

Yazıda əsgərlik dodtlarının 43 il ərzində bir dəfə də olsun görüşə bilmələri əksər oxucumuzda təəcüb yaradıb.

Müsahibimiz ötən yazımızda bunu onun ilk adının Dias olduğunu, bunu sonradan dəyişdiyi üçün Fəxrəddin Manafovun onu tapa bilmədiyini ehtimal edir.
 

MÖVZU İLƏ BAĞLI:

Kino günündə doğulan Fəxrəddin Manafovun əsgərlik MƏCARALARI – “Bir dəfə ermənini elə döydü ki...” – EKSKLÜZİV 


Amma Cianşah Ömərov müsahibəsində onu da bildirib ki, belə bir fürsəti onlar II Qarabağ Müharibəsi zamanı yaxalayıblar. Lakin həmin görüşə Fəxrəddin Manafov gəlməkdən imtina edib: 

“Ekiz oğlumun İkinci Qarabağ Müharibəsi yaralanması düşündüm ki, bizim görüşümüz üçün əla fürsətdi. Oğlum üçün də bu böyük aktyorla görüşmək təsəlli olar deyə, Fəxrədinə zəng elədim. Oğlum Bakıda Mərkəzi Cərrahiyə İnstitunda yatırdı. Ürəyimdən çox keçirdi, Fəxrəddini oğlumun yanında görüm. O vəziyyətdə onun mənə ürək-dirək verməyinə ehtiyacım vardı. Mən Fəxrəddini yığdım və vəziyyəti ona izah etdim. Mənə "Bilirsənmi Diaş, müharibə, pandemiya vaxtı heç kimi yaxına buraxmırlar. Qalsın başqa vaxt görüşərik” dedi. 

Açığı, o cavabdan o qədər məyus oldum ki, ürəyim qırıldı, zəng etməyimə çox peşiman oldum. Hələ də unuda bilmirəm.

Ən azında oğlu döyüşdə olan qardaşının yanına gəlməliydi. İllərdən sonra həm də görüşmək üçün çox yaxşı fürsət idi. Qismət olmadı, başa düşməyə çalışdım, amma o böyüklükdə sənətkarın üzünə kim qapı bağlayacaqdı ki? Görünür bütün dəyərləri zaman unutduru, biz onunla əsgərlikdə qardaş olmuşduq”.

Ehtiram, Bizim.Media, Mərkəzi Aran bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin