Novxanı çimərliyinə gedən yolda “zəhərli” ÇÖRƏKLƏR – AQTA araşdırma BAŞLATDI

Hazırda oxunan: Novxanı çimərliyinə gedən yolda “zəhərli” ÇÖRƏKLƏR – AQTA araşdırma BAŞLATDI

87109

Uzun illərdir ki, Azərbaycanın istehlak bazarında fərdi sahibkarlar tərəfindən “Təndir çörəyi” biznesi mövcuddur. Hansı ki, bu biznes dövlət tərəfindən tənzimlənmir. 

Paytaxtda yol kənarlarında qida istehsalı üçün normal şərait olmayan yerlərdə, üst-başı çirkli qadınların işlətdiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndir çörəklərini isti və dadlı olduğu üçün hamımız alırıq. Amma təndirin zəhər saçan materiallarla qalandığını çox adam bilmir. 

Növxanı çimərliyinə gedən yol kənarındakı təndirxanalarla bağlı sosial şəbəkələrdə neqativ fikirlər yayılıb.

Bildirilib ki, Novxanı yolu üzərindəki təndirlərdə təbii kənd dadı ilə bişirilən çörəklər zəhər saçır. Bu təndirlər DSP MDF qırıqları ilə qalanır. Hansı ki, həmin materillar mebellərdə istifadə olunur. Bu xammalın əsasını ağac yonqarı ilə yanaşı kley də təşkil edir ki, bunun da tərkibində formaldehid adlanan zəhərli maddə var. Bu zəhərli birləşmədə çörək bişirmək qida terroru kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan sözügedən ərazidə araşdırma aparacaqları bildirilib.

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri, AQTA İctimai Şurasının üzvü Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında  deyib ki, hər bir çörəyin bişirilmə qaydası və texniki şərtləri olmalıdır:

“Çörəyin bişirilmə yanacağının texnalogiyası olmalıdır. Çörək bişirmə həddindən artıq liberal biznes formasına çevrilib. Kim harada və necə istəsə bişirə bilər. Hətta marketlərin içinə təndir qoyub çörək və ləvəngi bişirirlər. Milçəklər başına yığılır və ən yaxşı supermarketlər əhaliyə çörəyin üstündə havayı milçək yumurtaları da satır. Təssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə heç nəzər salmaq istəmir. Iki ilə yaxın müddətdə bu barədə İctimai Şurada heç bir müzakirə getməyib.
 

Ümumiyyətlə bu müddətdə İctimai Şurada AQTA qarşısında qaldırılan məsələlər demək olar ki, həllini tapmır. AQTA-nın ciddi nöqsanları budur ki, KİV-də gedən məsələləri təqib etmirlər. Jurnalistlər olmasa, cəmiyyət çökər.


Baxmayaraq ki, iclaslardan birində AQTA-nın rəis müavini Rəşad Mafusova “Siz niyə medianı təqib etmirsiz?” demişdim. Cavab vermişdi ki, guya izləyir. Amma əslində baxmırlar. Bir sözlə təhlükəli qidalar ətrafımızda çoxdur. Tərkibində kley maddələr olan taxtalardan hazırlanan köz, tüstü çörəklərə hopur və bu isə insan orqanizmini təhlükə altına qoyur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin