Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, Bakının Yasamal rayonunda Ə.Haqverdiyev küçəsi, 13 ünvanında fiziki şəxs Qafarova Sevil Mövlud qızına məxsus “Nənəmin təndiri” unlu məmulatların istehsalı və satışı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.
Müəyyən edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə toyuq qrilinin hazırlanması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 05.08.2022
“Nənəmin təndiri”ndə nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: “Nənəmin təndiri”ndə nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: “Nənəmin təndiri”ndə nöqsanlar AŞKARLANDI - FOTO
87108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.