Yaşayış evləri ilə bağlı Komissiyanın tərkibinə dəyişiklik edildi – SƏRƏNCAM  

Hazırda oxunan: Yaşayış evləri ilə bağlı Komissiyanın tərkibinə dəyişiklik edildi – SƏRƏNCAM  

87094

Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə olan Komissiyanın tərkibi dəyişib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb. 

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq: 

“Komissiyanın sədri 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Azərbaycan Respublikasının daxili işlər naziri 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri 

Azərbaycan Respublikasının ədliyyə naziri 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin