“Sputnik Azərbaycan”dan istefa verən redaktor DANIŞDI – “Əl-qolumuz bağlıdır” 

Hazırda oxunan: “Sputnik Azərbaycan”dan istefa verən redaktor DANIŞDI – “Əl-qolumuz bağlıdır” 

87081

Xəbər verdiyimiz kimi “Sputnik Azərbaycan”ın rus dili versiyasının 4 redaktoru tam tərkibdə istefa verib. İlkin səbəb kimi "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina etdikləri üçün belə bir addım atdıqları bildirilir. 

İstefa verən redaktorlardan biri Gülzar Mustafayeva Bizim.Media-ya bu barədə açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sputnik Azərbaycan”ın 4 redaktoru istefa verdi - FOTOFAKT


Onun sözlərinə görə Azərbaycanın mövqeyinə qarşı çıxan materialı qoymaq tələbinə rədd cavabı verdiklərinə görə, işdən çıxıblar:

“Rus versiyasında 4 redaktor idik. Dördümüz də dünən səhər istefa ərizəsi yazıb işdən çıxdıq. Statusumda yazdığımdan əlavə bir şey deyə bilmərəm. Çünki biz hamımız bura işə gələndə konfedensiallıq haqqında müqavilə imzalamışdıq. O sənəd bir neçə il ərzində qüvvədə qalır. Detallara gedə bilmərik, əl-qolumuz bağlıdır, hansısa bir məsələləri açıb deyə bilmərik. Bu üzdən yalnız təsdiq edə bilərəm ki, biz Azərbaycanın mövqeyinə qarşı çıxan materailı qoymaq tələbinə rədd cavabı verib, işdən çıxdıq. Başqa heç nə deyə bilmərik”. 

Qeyd edək ki, işdən öz ərizələri ilə çıxan redaktorlar “Facebook” hesablarında "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin