Xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar.
Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.
Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:14 / 05.08.2022
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti AÇIQLANDI
Hazırda oxunan: Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti AÇIQLANDI
Hazırda oxunan: Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti AÇIQLANDI
87073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.