"Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub".
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Fransa Prezidenti İlham Əliyevə zəng edib
Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Bizim.Media