Quba rayonun İspik kəndinin sakinləri problemlərini icra başçısı Ziyəddin Əliyevə çatdırıblar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, DTX-nin rayon şöbəsinin rəisi, polis şöbəsinin nümayəndəsi və Quba Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən İctimai Şuranın sədri ilə İspik kəndinə gələn Ziyəddin Əliyev sakinlərin problem və təkliflərini dinləyib.
İspiklilər rayon rəhbərinə məlumat veriblər ki, kəndə qaz xətti çəkilmədiyindən payız-qış aylarında istiliklə bağlı çətinlik yaşayırlar.
İcra başçısından xahiş edilib ki, kəndə təbii qaz çəkilənədək Regional Meşə Təsərrüfatı İdarəsindən onlara qeyri-sağlam odun materialı almaq üçün bilet verilməsində köməklik etsin. Ziyəddin Əliyev problemlə bağlı aidiyyatı qurum rəsmisinə tapşırıq verib.
İspik kənd sakinlərinin yol probleminin - 6 km məsafəyə asfalt döşənməsi və kəndin elektrik xəttlərinin yenilənməsi üçün də tapşırıqlar verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:55 / 04.08.2022
Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət - FOTO
Hazırda oxunan: Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət - FOTO
Hazırda oxunan: Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət - FOTO
87035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.