Çindən Tayvana qum ixracı QADAĞASI – Dünya texnologiya böhranının astanasında

Hazırda oxunan: Çindən Tayvana qum ixracı QADAĞASI – Dünya texnologiya böhranının astanasında

86984

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə regionda uzun müddətdir gərgin olan vəziyyət daha da ağırlaşıb. Ağ Evin bu addımını Çin hökuməti cavabsız qoymayıb.

Belə ki, Çin avqustun 3-dən etibarən “separatçı fəaliyyətlərin təşviq edilməsi”ni əsas gətirərək, Tayvana qum ixracını dayandırıb. İlk baxışdan o qədər də ciddi qərar kimi görünməsə də, bu qadağanın mümkün təsirləri olduqca böyükdür.

Bəs, qum idxalı Tayvan hətta bütün dünya üçün niyə bu qədər önəmlidir?
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Çini hökmən müharibəyə cəlb edəcək – Bəs niyə TAYVAN? 


Məlumat üçün bildirək ki, Tayvan sahilləri qayalıq olduğu üçün, ölkə qum tələbatını xaricdən idxal hesabına ödəyir. Ölkənin quma olan illik tələbatı 90 milyon tondur ki, bunun da üçdə bir hissəsi Çindən idxal olunur.

Qumun Tayvan, eləcə də dünya iqtisadiyyatı üçün əsas önəmi isə onun tərkibindəki silisiumdan çip istehsalında istifadə olunmasıdır. Yarımkeçirici çiplərdən kompüter və telefonlardan tutmuş, avtomobil istehsalına qədər bütün texnoloji sektorlarda istifadə olunur.

Dünya çip istehsalının əsas mərkəzi isə məhz Tayvandır. Belə ki, dünyadakı yarımkeçirici çiplərin 63%-i məhz Tayvanda istehsal olunur. Təsadüfi deyil ki, dünyanın çip istehsal edən iki əsas şikrəti “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) ve “United Microelectronics Corporation” (UMC) Tayvanda yerləşir. TSMC-nin dünya çip tələbatının 54%-ni təkbaşına ödəyir.

Ekspertlərin sözlərinə görə, ABŞ-Çin gərginliyi səbəbindən Tayvan çip istehsalında böhran yaranması ehtimalı olduqca böyükdür. Çinin qum ixracına embarqo qoyması isə vəziyyəti daha da gərginləşdirə bilər. 

Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra isə onsuz da yarımkeçirici çiplərin qiymətlərində ciddi artım müşahidə olunurdu. Bu səbəbdən bir çox çip istehsalçılarının ciddi zərərə uğradığı da məlumdur.
Vəziyyəti daha da təhlükəli hala gətirən bir digər faktor isə 2023-cü ildən etibarən çiplərə olan tələbatın daha da artmasının proqnozlaşdırılması ilə bağlıdır. 

Bütün sadalananlar onu deməyə əsas verir ki, gərginliyin davam etməsi dünya texnologiya bazarını böhranın astanasına gətirib.

Xüsusilə də, kompüter sənayesini. Ekspertlərin ehtimallarına görə, böhranın davam etməsi “Apple” şirkətinin “İphone 14” seriyasını kütləvi istehsala buraxmasını da təxirə sala bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin