“Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO

Hazırda oxunan: “Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO

8697

Erməni əsilli politoloq Semyon Baqdasaryan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı dilənçi adlandırıb.

Bizim.Media xəbər verir ki, o, bu fikri “Youtube” kanalında müraciətində səsləndirib.

 


MÖVZU İLƏ BAĞLI:

Paşinyan arvadını Moskvaya niyə göndərib? – TAKTİKA DƏYİŞMİR

Paşinyanın həyat yoldaşı və qızı vətəndaşlıq almaq üçün Moskvaya uçdu - VİDEO


Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru videosunda Akopyanı təhqir edib. Baqdasaryan, baş nazirin arvadının Moskvaya pul dilənmək üçün gəldiyini deyib:

“Akopyan Rusiyaya ailə bizneslərini qorumağa, pul dilənməyə gəlib. Mənə bir videogörüntü göstərdilər. Görüntüdə Anna Akopyan Moskva restoranlarının birində köhnə yeni ili qeyd edir. Niyə axı, sən bura əylənməyə gəlirsən? Xəyanətkar ərin Rusiya ilə əlaqələri pozmaq üçün əlindən gələni etdi. Niyə sən ABŞ-a gedib Sorosla əylənmirsən?”

Daha sonra o, Rusiyada yaşayan erməniləri Paşinyan ailəsinə heç bir köməklik göstərməməyə səsləyib:

“Sən və sənin ərin erməni millətini satıb, onları baiabır etdiniz. Bu xəyanətkarlara heç bir köməklik göstərməyin. İllərlə Rusiya vətəndaşlığını almaq istəyən ermənilər var. Ancaq Paşinyanın arvadına vətəndaşlıq verilir".

"Mən buradan səlahiyyətli şəxslərə müraciət edirəm. Əgər xəbər doğrudursa, bu satqınlara vətəndaşlıq verməyin. Onlar Rusiyanın düşmənləridir. Gedin, diləndiyiniz pulları başqa yerdə xərcləyin. Siz satqın və oğrusunuz”.

Vüsalə Balayeva, Bizim.Media
 




 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin