“Qisas” əməliyatından sonra ERMƏNİ MƏTBUATI – “Erməni cəmiyyətində bütövlükdə xaos yaşanır”

Hazırda oxunan: “Qisas” əməliyatından sonra ERMƏNİ MƏTBUATI – “Erməni cəmiyyətində bütövlükdə xaos yaşanır”

86961

Ermənistan mətbuatı dünənki silahlı qarşıdurmadan sonra yenə də dezinformasiya, yalan yaymaqla məşğuldur. 

Bu məsələdə xüsusi canfəşanlıq göstərən “Sputnik Armeniya" həyasızcasına iddia edir ki, avqustun 1-dən başlayaraq ayın 3-ə kimi guya Azərbaycan tərəfi Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində hərbi əməliyyatlara başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

MÜDAFİƏ NAZİRLİYİ: Ordumuz “Qisas” əməliyyatı keçirdi - VİDEO


Bu fonda hay-küy qaldıran erməni mətbuatı beynəlxalq birliyi, olmayan ATƏT-in Minsk qrupunu köməyə və məsələyə qiymət verməyə çağırır. 

Əlbəttə düşmən ölkənin mətbuatından ədalət gözləmək absurd fikirdir, sadəcə onların tirajladığı xəbərlərlə hər birimiz, xüsusi olaraq da erməni KİV-lərinə istinad edən mətbuatımız ayıq-sayıq olmalıdır. 

Amma Ermənistan mətbuatında, siyasilərinin dilindən səsləndirilən ifadələrdə bir neçə maraqlı məqam diqqət cəlb etməyə bilməzdi.

1. Əksər media platformasında dünən günortadan sonra Artsax, “NKR” ifadələri işlədilmədi. Onlar da bizim doğmaca türkcəmizdə Qarabağ yazır və səsləndirirdilər. Paşinyan da hökumətin bugünkü iclasında elə xəfif Qarabağ, Laçin deyirdi ki, adamın lap ona qanı qaynayırdı.

2. Dünən günortadan sonra erməni mətbuatında dərhal məlumat yayıldı ki, Laçın dəhlizi üçün Ermənistan ərazisindəki 4 km yolun tikintisinin hazırlıq işlərinə başlayırıq. 

Ermənistan mətbuatının yazdıqları haqqında Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev də bildridi ki, dünəndən onların mediası da çaşqınlıq və qorxu içindədir: 

“Ümumilikdə götürdükdə görürük ki, erməni mətbuatı proseslərin məqsədini fərqli istiqamətə yönəltməyə çalışıblar. Dezinformasiyalarla dolu məlumatlarda onlar çalışıblar ki, Azərbaycanı 10 noyabr 2020-ci il razılaşmasının pozucusu kimi göstərsinlər. Amma son olaylar fonunda Ermənistan tərəfdə çaşqınlıq, separatçı rejim daxilində isə dərin qorxu hissi müşahidə olunub.
Bu fonda ermənilər daxilində Rusiya əleyhinə etirazlar da var. Yəni yenə də bir-birini didirdilər”.

Ekspert qeyd edir ki, hay-küy qaldırmalarına rəğmən ermənilərin bu çirkin niyyəti də növbəti dəfə baş tutmadı:

“Erməni mətbuatının verdiyi məlumatlara yönəlik rəylərdə yerli ermənilərin özləri belə daha çox mənfi rəylər yazırlar. Çünki xalq özü də Ermənistandakı xosdan bezib, ölkə bütövlükdə xaos içindədir. Sadə ermənilərsə bu xaosu bir az da tündləşdirən ölkə mətbuatından da iyrənirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin