Erməni ekspert Qarabağdakı rus hərbçiləri HAQDA: “Onları sülhməramlı adlandırmayın”

Hazırda oxunan: Erməni ekspert Qarabağdakı rus hərbçiləri HAQDA: “Onları sülhməramlı adlandırmayın”

86953

“Rusiya anti-erməni siyasəti və strategiyası həyata keçirir. Bunu ciddi təhlil edin, başqa bir şey düşünməyə çalışmayın”.

Bizim.Media xəbər verir ki, bu fikirləri milli təhlükəsizlik üzrə erməni ekspert Qraçya Arzumanyan yazıb.

Onun fikrincə, Rusiya öz milli maraqlarını belə görür və bu reallığı hər kəs bilməli, fantaziyaya uymamalıdır.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti beynəlxalq mexanizmlərə əl atmalı, Rusiya və Türkiyəyə köklənməməli, bu regionda maraqlarının olduğunu açıq-aydın bəyan edən digər güc mərkəzlərinə - İran, Avropa və ABŞ-a müraciət etməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatı yerinə yetirməməsidir” – Markov 


“Qarabağa (Qondarma “Arsax” rejimi nəzərdə tutulur) beynəlxalq sülhməramlıların cəlb edilməsi üzərində işə başlamaq və Rusiya hərbçilərini sülhməramlı adlandırmağı dayandırmaq lazımdır. Çünki onlar Xocavəndin Çaylaqqala, Xocalının Fərrux kəndlərində, indi isə Laçında “sülhməramlı öhdəliklərini” yerinə yetirmədilər”.

O, hesab edir ki, Rusiya mediası müharibə illərində Ermənistanda erməni cəmiyyətinə qarşı təbliğat aparıblar. “Arsax” hakimiyyəti isə “Rusiya “Arsax”ı xilas edəcək” deməklə Qarabağda yaşayan erməniləri inandırmağa çalışıblar.  

Qraçya Arzumanyan vurğulayıb ki, Arayik Arutyunyan 2020-ci ildə başladığı işi davam etdirir, “Arsaxı Rusiya-Türkiyə alyansına təslim edir:

“Onun hakimiyyətə gəlişi qeyri-legitim idi və bu qanun pozuntularına Nikol Paşinyanın təzyiqi sayəsində göz yumuldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin