Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. YAP İcra Katibliyində təşkil olunan qanvermə aksiyasında təxminən 300 nəfər iştirakı edib.
YAP Mətbuat Xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev Bizim.Media-ya bildirib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ölkə əhalisinə müraciət edərək, respublikada qan ehtiyatlarının kifayət qədər azalması ilə bağlı məlumat yayıb.
Pandemiya şəraitində koronavirus xəstəliyindən əziyyət çəkən bir çox insanlarda da qana tələbatın yaranması ehtiyat fondunun azalmasında mühüm rol oynayıb. Məhz bu səbəbdən Mərkəzi Qan Bankı ölkə vətəndaşlarına müraciətində qan ehtiyatlarının artırılmasına dəstək verilməsini xahiş edib.
Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. Partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.
“Vətən müharibəsinin qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur.”, - deyə YAP Mətbuat Xidmətinin rəhbəri qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 16.01.2021
YAP-çılar qan verdi - FOTO
Hazırda oxunan: YAP-çılar qan verdi - FOTO
Hazırda oxunan: YAP-çılar qan verdi - FOTO
8691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.