"Nikolla birlikdə iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya" - İşxan Saqatelyan

Hazırda oxunan: "Nikolla birlikdə iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya" - İşxan Saqatelyan

86871

“Gizli danışıqlarla “Arsax”ın (Qarabağdakı qondarma rejim) tam tərksilahı prosesi gedir, Laçın dəhlizi vasitəsilə Ermənistanla etibarlı quru əlaqəsinə maneçilik törədilir və bütün bunların nəticəsində “Arsax”ın ermənisizləşdirilməsi baş verir”.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin “Ermənistan” fraksiyasının deputatı, Daşnaksütyun partiyasının ali şurasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Dünəndən mən “Arsax”la operativ əlaqə saxlayıram. Vəziyyət gərgindir və son dərəcə təhlükəlidir. Beynəlxalq tərəfdaşlarla gecə-gündüz iş aparan Brüsseldəki “Ay Data” ofisi ilə fəal əlaqədəyəm.

Hazırda “Arsax” tam tərksilah edilir. Noyabrın 9-dan bəri bu təhlükədən danışırıq.
Nikolla birlikdə bizim iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya. 
Bu vəziyyətdən yeganə çıxış yolu bu hakimiyyəti aradan götürməkdir.

Soruşmayın: müxalifət haradadır? Müxalifət yerindədir. İstənilən ssenariyə hazır olun”, – deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin