Mədəniyyət naziri Qırğızıstan səfiri ilə görüşdü

Hazırda oxunan: Mədəniyyət naziri Qırğızıstan səfiri ilə görüşdü

86827

Mədəniyyət naziri Anar Kərimov avqustun 3-də Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qonağı salamlayan Anar Kərimov iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, mövcud əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşada teatr binasının inşası məsələsi gündəmdədir” - Nazir


Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. 

Nazir bildirib ki, iki qardaş ölkə arasında münasibətlər davamlı olaraq inkişaf etməlidir. Bu baxımdan TÜRKSOY çərçivəsində də reallaşan mədəni layihələr ölkələrimiz arasında mədəni əməkdaşlığı daha da dərinləşdirir.

Noyabr ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun keçiriləcəyini diqqətə çatdıran nazir qırğız həmkarını da bu mötəbər tədbirə dəvət etdiyini vurğulayıb.

Görüş zamanı gələn il anadan olmasının 95 illiyi tamam olan dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilən silsilə tədbirlərlə bağlı məsələlər də müzakirə edilib.

Səfir Kayrat Osmonaliyev Qırğızıstan Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşaya qoyulmasının 35 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə nazirə məlumat verib.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin