İki ay əvvəl ana olan Rihanna şəxsi brendi üçün SOYUNDU – FOTO/VİDEO

Hazırda oxunan: İki ay əvvəl ana olan Rihanna şəxsi brendi üçün SOYUNDU – FOTO/VİDEO

86743

Doğuşdan iki ay sonra dünya ulduzu Rihanna öz iştirakı ilə şəxsi “Savage x Fenty” brendinin yeni alt paltar kolleksiyası üçün obyektiv qarşısına çıxıb. 

Bizim.Media xəbər verir ki, müğənni yeni fotolarında sadə çiçək naxışlı dekolteli üst geyimdə pozlar verib.  

Bu, Rihannanın ana olduqdan sonra ilk kifayət qədər açıq-saçıq fotosessiyasıdır. Sənətçinin özü fotosessiyanın dəqiq nə vaxt keçirildiyini açıqlamasa da, pərəstişkarları şəkillərin bu yaxınlarda çəkildiyini yazıb.
Doğuşdan sonra Rihanna bir müddət daha qapalı həyat tərzi seçərək ictimaiyyətə çıxışını azaldıb. O, əsasən sevgilisi və körpəsinin atası A$AP Rocky-ni konsertləri zamanı müşayiət edib. 

Bununla belə, Rihanna artıq işə qayıtmağa hazırdır, çünki onun çoxlu planları var.  

“O, hamilə ikən özlərini seksual və gözəl hiss edəcək brend yaradaraq, hamilə qadın anlayışını yenidən müəyyənləşdirmək istəyir”- deyə insayder “Hollywood Life” nəşrinə bildirib. 

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin