Xaçmazın Nizami parkında tikinti işləri dayandırılacaq – ÖZƏL – FOTO

Hazırda oxunan: Xaçmazın Nizami parkında tikinti işləri dayandırılacaq – ÖZƏL – FOTO

86742

Xaçmazın Xudat şəhərindəki Nizami parkında aparılan yenidənqurma və bərpa işləri dayandırılacaq. Buna səbəb qazıntı işləri zamanı buradan tapılan arxeoloji materialların öyrənilməsidir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstititunun Arxeoloji Xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri Qəhrəman Ağayev Bizim.Media-ya bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xudatın Nizami parkında ARXEOLOJİ TAPINTI – ÖZƏL/FOTO 


Onun sözlərinə görə, qazıntı sahəsinə baş çəkdikdən sonra tikinti sahəsi rəhbərinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinə təqdim etdiyi küplə Xaçmaz tarix-diyarşünaslıq muzeyində tanış olub.

İlkin olaraq gildən hazırlanmış küpün eramızdan əvvəl 12-ci və 13-cü əsrlərə aid olması müəyyənləşib. Amma şöbə müdiri Qəhrəman Ağayev deyir ki, bunun  konkret olaraq hansı dövrlərə aid olmasını ayırd etmək  üçün həmin ərazidə kəşfiyyat xarakterli arxeoloji qazıntı işləri aparılmalıdır.
Qəhrəman Ağayevin sözlərinə görə, bununla bağlı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyi ilə müzakirələr aparılıb və Nizami parkında işlərin dayandırılması ilə bağlı qərar verib. İnstitut hazırda Xudatın Nizami parkında bərpa işləri aparan "RMD Projects"  tikinti şirkətinə rəsmi məktub hazırlayır. Bildirib ki, ərazidə ilkin olaraq kəşfiyyat xarakterli, sonra isə lazım gələrsə geniş arxeoloji qazıntı işləri aparılacaq.

Ağayev Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Xudatdakı Nizami parkında tapıntı yerinə  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmi məktubu əsasında getdiyini deyib.

Qeyd edək ki, bərpa işləri zamanı Nizami parkından bir neçə saxsı qırığı, heyvan sümüyü və 1 ədəd küp tapılmışdı.

Tikinti şirkətinin sahə rəisi Rauf Paşayev tapılan küpü də dərhal tariximizə hörmət olaraq Mədəniyyət Nazirliyi yanında  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinə təqdim etmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin