Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.
Açılış matçında "Qarabağ"ın pley-offdakı potensial rəqibləri olan Moldova "Şerif"i və Çexiyanın "Viktoriya" (Plzen) komandası üz-üzə gəlib. Kişineudakı "Zimbru" stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"i 2:1 hesabı ilə məğlub edib. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb.
Niderland PSV-si Fransada "Monako" ilə sülhə razılaşıb. Şotlandiya "Reyncers"i Belçikada "Yunion"a 2 cavabsız qolla uduzub. "Benfika" isə Portuqaliyada Danimarka "Midtüllan"ına böyük hesabla qalib gəlib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
2 avqust
21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2
Qollar: İbrahim Akanbi Raşid, 36 (penalti) - Tomaş Hori, 41 (penalti). Pavel Buça, 55
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2
Qollar: Bernard Tekbetey, 22 - Dino Periç, 22. Sercio Padt, 9 (avtoqol)
22:00. "Monako" (Fransa) - PSV (Niderland) - 1:1
Qollar: Aksel Disasi, 81 - Coi Verman, 38
22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya) - 2:0
Qollar: Teddi Teuma, 27. Dante Vanzeyr, 76 (penalti)
23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) - 4:1
Qollar: Qonsalu Ramuş, 17; 33; 61. Entso Fernandes, 40 - Pione Sisto, 78 (penalti)
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu bu gün keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.
Bizim.Media