Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.
Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.
Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.
Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:12 / 03.08.2022
Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstan klubu ilə oynayacaq
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstan klubu ilə oynayacaq
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstan klubu ilə oynayacaq
86711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.