Odessa limanını tərk edən Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi İstanbula çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Qarğıdalı ilə yüklənmiş "Razoni" quru yük gəmisi Qara dənizdən Bosfor boğazına çatıb. Gəmi ona ayrılan yerdə lövbər salıb", - nazirliyin açıqlamasında bildirilir.
Bizim.Media