“Azərbaycan kinosunun inkişafına mane olan əsas amillər, kinoteatrların satılaraq məhv edilməsi, müstəqil kino fondlarının olmaması və dövlətin kinonun inkişafı üçün ayırdığı vəsaitin müəyyən adamlar tərəfindən talan edilməsidir”.
Bu fikirləri 2 Avqust Milli Kino Günü ilə əlaqədar kinomuzun qarşısında duran problemlərlə əlaqədar Bizim.Media-ya danışan yazıçı bəzi filmlərin ssenari müəllifi Cəlil Cavanşir səsləndirib.
Onun sözlərinə görə dövlət kino sahəsinə pul ayrılmasını dayandırmalı, müstəqil kino fondlarının yaradılmasını dəstəkləməli, bölgələrdə kinoteatrların tikilməsinə şərait yaratmalı, iş adamlarını buna həvəsləndirməlidir:
“Ölkəmizdə müstəqillik dövründə çox ciddi kino adamları yetişib və onların potensialı mövcud durumda açıq şəkildə məhv edilir. Bunun günahkarı birbaşa Mədəniyyət Nazirliyi və kinonun inkişafından məsul olan qurumlardır.
Bu barədə dəfələrlə yazsaq da, televiziya çıxışlarımızda bu mövzuya toxunsaq da, Mədəniyyət Nazirliyi kinoya ayrılan vəsaitin başına daş salmaqdan başqa heç nə etmir. Hazırda kinomuzun məhv edilməsi üçün məhz Mədəniyyət Nazirliyinin səriştəsiz, bu millətin, xalqın, dolayısıyla dövlətin mədəni inkişafında maraqlı olmayan məmurları əlindən gələni edir.Ancaq, fədakar, zəhmetkeş kino adamlarını unutmaq olmaz.
Bu ölkənin mədəniyyəti, kinosu üçün durmadan, yorulmadan çalışan bütün sənətkarları - kino fədailərini Milli Kino Günü münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, nə zamansa kinomuz inkişaf yoluna qədəm qoyacaq”.
Kinorejissor Elşən Məmmədov isə açıqlaması zamanı texniki bazanın fonunda son illərdə kinomuzun inkişafı üçün yaradıcı bazanın da sıradan çıxdığını təəssüflə qeyd edib:
“Son 15-16 ili götürsək, bəzi bahalı texniki avadanlıqlar alınsa da artıq kino istehsalı üçün heç bir yaradıcı baza tapılmır. Müstəqil kinoteatrların sıradan çıxması, fasilələrlə tək-tük filmlərin istehsal olunması bu illər ərzində film istehsalında maraqlı olan yardıcı qüvvəni tükətdi.Məncə dövlətin kinoya olan münasibəti 180 dərəcə dəyişməlidir.
Misal üçün deyim ki, mən ömrünü kinoya həsr edən bir adam kimi bu günün özəlliyini hiss etmədim. Ancaq kino adamları zəng vurub bir-birimizi təbrik etməklə məşquluq. Halbuki kiçik büdcəli bir festival təşkil edib bu günü bizlərə qeyd etdirə bilərdilər.
Mən istərdim ki, yeni yaranan Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olmasın və kino üçün xərclənən pulların hamısının geniş ictimaiyyətə hesabatı verilsin”.
Kino İttifaqlarının kinomuzun inkişafına heç bir təsirinin olmadığını deyən rejissor, kino olmayan yerdə iki kino ittifaqının fəaliyyətini gülməli adalandırıb:
“Bu İttifaqlar arasında təəssüf ki, yaradıcı mübahisələr yox, şəxsi mübahisələr aparılmaqdadır. Mən inanmıram ki, bu ittifaqlar öz şəxsi maraqlarını geri itələyib kinomuzun inkişafı üçün nə isə ciddi işlər görsünlər.
Vaxtilə Rüstəm İbrahimbəyovu ciddi şəkildə tənqid edən Rasim Balayev indi onun yerində əyləşib. Rasim Balayev də, Şəfiqə Məmmədova da böyük sənətkarlardır, amma rəhbər kimi onlarda heç bir potensial görmürəm”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
19:15 / 02.08.2022
“Kino olmayan bir yerdə iki Kino İttifaqı var” – Rejissordan İRONİYA
Hazırda oxunan: “Kino olmayan bir yerdə iki Kino İttifaqı var” – Rejissordan İRONİYA
Hazırda oxunan: “Kino olmayan bir yerdə iki Kino İttifaqı var” – Rejissordan İRONİYA
86665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.