Azərbaycanın dövlət borcu 2023-cü ilə qədər 10,6 milyard dollara çatacaq

Hazırda oxunan: Azərbaycanın dövlət borcu 2023-cü ilə qədər 10,6 milyard dollara çatacaq

86659

Azərbaycanın dövlət borcu 2023-cü il yanvarın 1-nə 17 milyard 990 milyon manata (təxminən 10,6 milyard dollar) və ya ÜDM-in 15,6%-nə çatacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə İnterfaks yazıb.

Xəbər verildiyi kimi, 2022-ci il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat (9 milyard 940,6 milyon ABŞ dolları) və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilir. Belə ki, Maliyyə Nazirliyinin proqnozuna görə, 2022-ci ildə ölkənin dövlət borcu 6,4% artacaq.

Nazirliyin materiallarına görə, 2023-cü ilə qədər Azərbaycanın xarici borcu 8 milyard 239,3 milyon dollara (14 milyard 6,8 milyon manat), daxili borcu isə 3 milyard 983,2 milyon manata çatacaq.

2022-ci il yanvarın 1-nə xarici borc 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat), daxili borc 3 milyard 68,4 milyon manat təşkil edib. Belə ki, 2022-ci ildə xarici borc 1,3%, daxili borc isə 29,8% artacaq.
2022-ci ildə dövlət büdcəsi kəsirinin ödənilməsinə 1 milyard 736 milyon manat məbləğində borc vəsaitləri yönəldiləcək.

2022-ci il iyulun 1-nə Azərbaycanın dövlət borcu 14 milyard 973,8 milyon manat,   xarici borc isə 12 milyard 184,1 milyon manat olub.

2022-ci ilin birinci yarısında xarici borc 11,9%, daxili borc 9,1% azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin