“İlin sonuna doğru ancaq ərzaq qayğısına qalmaq lazımdır” – İqtisadçıdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “İlin sonuna doğru ancaq ərzaq qayğısına qalmaq lazımdır” – İqtisadçıdan XƏBƏRDARLIQ

86633

“Böhran ölkəmizə əsasən idxal hesabına gəldiyindən, Azərbaycan idxal məhsullarının azaldılmasına nail olmalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli iqtisadiyyat naziri Mikayıl Cabbarovun yüksək qiymətlərdən sonra gələcəkdə böhranın baş verəcəyinin qaçılmaz olduğu barədə səsləndirdiyi fikri fonunda, ona qarşı mübarizədə atılmalı olan vacib addımlardan danışarkən deyib. 

Həmsöhbətimiz bu istiqamətdə hətta yerli sahibkarlara təsir göstərməyi də vacib sayır:    

“Böhranın qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. Bu tədbirlər qısa müddətli və perspektiv addımlardan ibarət olmalıdır. Sahibkarlıq subyektində inhisarçılıq bu və ya digər dərəcədə mövcud olduğundan, yaranmış vəziyyətdə hökumət məsələ ilə bağlı mənfəətlərinin minimum endirilməsi üçün, bazar prinsiplərinə zidd olsa da, yerli sahiblarlara təsir göstərməlidir. Bu yolla qiymətlərin sabit saxlanılmasına çalışılmalıdır. Qısa müddətli dönəmdə bunun başqa çıxış yolu yoxdur”. 

İqtisadçının fikrincə, müxtəlif stimullaşdırıcı vasitələrlə fermerlərin bu dövrdə diqqəti daha çox taxıl, meyvə-tərəvəz, bitki yağları, ağartı məhsulları istehsalına yönəltmələrinə çalışmalıyıq: 

“Hökumət idxal mallarının azaldılması üçün də tədbirlər görməlidir. Çünki Azərbaycana böhran daha çox idxal hesabına təsir edir. Bunun üçün isə kənd təsərrüfatının yerli tələbatı ödəyən sahələrinin inkişafına çalışılmalıdır. Nəticədə idxalı minimuma endirməklə ölkəmizin böhrandan daha az itkilə çıxmasına nail olmalıyıq. Neft və qazın qiymətinin yüksək olması Azərbaycana bu sahədə addımlar atmağa imkan verir. 
 

Dünya bazarında ərzaq buğdasının qiyməti 400-450 dollardır. Azərbaycan hökuməti ölkə daxilində ərzaq buğdasının alış qiymətini də dünya bazarındakı qiymətə bir qədər yaxın qiymətə almalıdır.


İndi yerli bazarda buğdanın kilosu 55-60 qəpikdir. Stimullaşdırıcı addım olaraq həmin məhsulu yerli fermerlərdən 70-75 qəpiyə almaq lazımdır ki, sahibkar istehsalı genişləndirməkdə maraqlı olsunlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin