“Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır” - DİN

Hazırda oxunan: “Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır” - DİN

86584

“Ölkəmizdə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir”.

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcək. 

“Polis xalqdan ayrı deyil – biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir. 
Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür”, deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin