Türkiyə Kiyevdən döyüş təyyarələrini geri qaytarır

Hazırda oxunan: Türkiyə Kiyevdən döyüş təyyarələrini geri qaytarır

86553

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyev yaxınlığında yerləşən iki təyyarəsi tezliklə Ukraynadan daimi dislokasiya bazalarına qayıda biləcək.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki A-400M təyyarəsi 2022-ci ilin fevralından Kiyev yaxınlığındakı Borispol hava limanındadır. H.Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqları zamanı onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin