Qubanın Qonaqkənd qəsəbəsindəki mədəniyyət evində Azərbaycan dili və əlifbası gününə həsr olunmuş tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Quba RİH-nin, Xaçmaz regional mədəniyyət idarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları, QHT təmsilçiləri və ziyalılar, qəsəbə sakinləri keçən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi mədəniyyət evində Azərbaycan dilinin Dövlət dili kimi inkişaf etməsindən və keçdiyi yoldan danışıblar.
Quba RİH-nin məsul əməkdaşı Anar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək dəyərdən danışıb və Azərbaycan dilinin yaşanmasında onun xidmətlərini yüksək qiymətləndirib.
Şair Ramuz Qusarçaylı da Dövlət dilinin tarixindən söz açaraq dilimizə həsr etdiyi şeirini səsləndirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şumal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 01.08.2022
Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO
Hazırda oxunan: Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO
Hazırda oxunan: Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO
86498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.