Erməni professor Ekozyantsın "Youtube"da təqib olunmasını pislədi

Hazırda oxunan: Erməni professor Ekozyantsın "Youtube"da təqib olunmasını pislədi

86492

Texniki elmlər namizədi, yazıçı, Rusiya Təbiət Elmləri Akademiyasının professoru Qaqik Ohancanyan öz "Facebook" səhifəsində İrəvan Dövlət Universitetinin müəllimi Stepan Stepanyantla qiyabi mübahisəyə girmiş erməni tədqiqatçı Filipp Ekozyantsın videosunun "Youtube" sosial şəbəkəsindən silinməsini pisləyib.

Bizim.Media xəbər verir ki, görünür, F.Ekozyantsın cavabları Ermənistanda çoxlarının xoşuna gəlməyib və tanınmış tədqiqatçının videolarına qarşı kütləvi şikayət kampaniyası təşkil edilib.

“Böyük təəssüf hissi ilə etiraf etməliyəm ki, ötən gün qorxunc faktın şahidi oldum. Daha doğrusu, “Ermənilərin müxtəlif imperiyalarda, özyaşayış mühitində təqib edilməsi” mövzusunda intellektual mübahisədən biabırçı şəkildə uzaqlaşmaq faktının şahidi oldum.

Əlbəttə, hər bir tarix elmləri doktorunun müəyyən tarixi hadisələr və reallıqlara, xüsusən də bütövlükdə etnik xalqların və erməni xalqının birgə yaşayış tarixi ilə bağlı məsələlər haqqında dayanıqlı fikri olmalıdır. Lakin bu, belə mövzuların öyrənilməsinə yaradıcı yanaşmaya əngəl olmamalıdır!”, - Q.Ohancanyan yazır.

Daha sonra Q.Ohancanyan öz qəzəbinin və çaşqınlığının mahiyyətini belə izah edir: 

“Osmanlı imperiyasında doğulmuş atasının və babasının məxsus olduğu xalqının taleyinə biganə olmayan Filipp Ekozyants erməni xalqının tarixi, onun son 300 il ərzində ümumi qəbul olunmuş ehkamlar olmadan çoxsaylı başqa xalqlarla birgə yaşaması tədqiq etməyə çalışan nadir tədqiqatçılardan biridir. 

Fikrimcə, bu vəzifə çox mühüm və bəlkə də ən mühümüdür. İnsaf naminə qeyd etməliyəm ki, bir çoxları, hətta tarix elmləri doktorları F.Ekozyantsın gətirdiyi faktları heç də hər zaman bəyənmir. Amma, bu bəzi ermənilərin "Youtube"da F.Ekozyantsın videoları ilə bağlı şikayətlərinə səbəb ola bilərmi? Mən doktor Stepanyantsın belə bir “aksiyaya” qarışmasını istəməzdim. Amma, "Youtube" məhz bu əsasla öz “siyasətinə” görə F.Ekozyantsın videolarını bloklamağa başlayıb. 

Onu da qeyd edim ki, uzun illər F.Ekozyantsın "Youtube"dakı çoxsaylı videolarında heç bir ədəbsiz, kobud, qeyri-intellektual fikirlərə, ayrı-ayrı şəxslərə, xüsusən də xalqlara, bütövlükdə tarixin özünə hörmətsiz və təhqiramiz münasibətə rast gəlmək mümkün deyil. Bir sözlə, belə fövqəlziyalıları axtarmaq lazımdır! Və bu adamı “millətlərarası çəkişmə” və digər cəfəngiyyatlarda ittiham edirlər. 

Mütəxəssislərin, Ermənistan tarixçilərinin belə mövzularda müzakirələrdən uzaqlaşması, sadəcə olaraq, əslində sivil müzakirə apara bilməməyin sübutudur. Təbii ki, bu, Ermənistanın tarixi ictimaiyyətinə hörmət qazandırmır. 
Fikrimcə, bu hörmətin bərpası üçün elə həmin doktor Stepanyansın F.Ekozyantsla açıq müzakirəsi kömək edə bilər!

Əks halda, təəssüf etmək qalır ki, bu gün Ermənistanda Filipp Ekozyants kimi öz xalqının taleyinə biganə olmayan və məsuliyyətli tədqiqatçılara belə münasibət bu günümüzdə də qalır!...” (trend.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin