"Youtube" Ekozyantsın ermənilərin şikayətlərindən sonra silinən videosunu bərpa etdi – VİDEO

Hazırda oxunan: "Youtube" Ekozyantsın ermənilərin şikayətlərindən sonra silinən videosunu bərpa etdi – VİDEO

86490

"Vmedia" "Youtube" kanalı məşhur erməni tədqiqatçısı Filipp Ekozyantsın silinmiş videosundan hissələr yerləşdirib və hər kəsi bu videonu aktiv şəkildə dəstəkləməyə çağırır.

Bizim.Media xəbər verir ki, söhbət erməni tarixçisi, elmlər doktoru, İrəvan Dövlət Universitetinin müəllimi Stepan Stepanyantsın ermənilərin guya “tarix boyu təqiblərə məruz qaldıqları” ilə bağlı sözlərinə F.Ekozyantsın qiyabi cavabından gedir. Belə ki, S.Stepanyantsın fikrincə, “ermənilər hər zaman yalnız erməni və xristian olduqlarına, həm də torpaqlarına görə təqiblərə məruz qalıblar”.

F.Ekozyants erməni tarixçisinin bütün arqumentlərini asanlıqla və ironiyalı şəkildə təkzib edir, amma bu cür həqiqətdən narahat olanların çoxsaylı şikayətlərinə görə onun videosu silinib.

Bununla belə, "VMedia" kanalı bu məzmunu saxlaya bilib, çünki müəlliflərinin fikrincə, erməni ictimaiyyətinin alternativ nəzər nöqtəsinə çıxış əldə edə bilməsi çox vacibdir.
Trend.az-ın məlumatına görə, Ermənistan vətəndaşları öz tarixləri ilə bağlı həqiqətləri nə qədər çox bilsələr, Ermənistanın regiondakı yaxın qonşularına qarşı aqressiv mövqeyindən tədricən uzaqlaşma şansı bir o qədər artacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin